Millət vəkili: “Gürcüstan iqtidarı cavab versin”

Millət vəkili: “Gürcüstan iqtidarı cavab versin”
  09 Mart 2013    Oxunub:1841
“Gürcüstanın müdafiə nazirinin aeroportla bağlı mövqeyinə sərt etiraz olmalıdır”
AzVision.az-a açıqlamasında bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin eləcə də, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Zahid Oruc deyib.

Onun sözlərinə görə, hazırki Gürcüstan hökümətinin siyasəti, regiondakı ənənəvi formalaşmış mövqeləri bir sıra hallarda Azərbaycanın maraqlarını açıq şəkildə zərbə qarşısında qoymaqdadır: “Çünki buna qədərki dövrdə Bidzina İvanişvilinin səfəri, onun verdiyi bəyanatlar iqtisadi məsələlərə təsir göstərmiş olurdu. İndi isə açıq şəkildə təhlükəsizlik və hərbi sahədə problemlərin olduğunu biz görməkdəyik. Gürcüstan müdafiə nazirinin bu bölgənin geopolitikasına, onun işğal reallıqlarına, Abxaziya və Osetiya ilə yanaşı, eyni zamanda Qarabağ məsələsinə dərin bir bilgisinin olması arzusundayıq. Əks halda o sadəcə coğrafiyanı tanımırsa, pərakəndə şəkildə hər getdiyi ölkədə onların rəsmi hakimiyyətlərinə yönəlik təriflər və xoş sözlər yağdırmağı heç bir halda siyasət anlamına gəlməz”.
Millət vəkili bildirib ki, Gürcüstan özü seperatizmdən və ərazisinin işğalından hətta Rusiya tərəfindən onların müstəqil ölkə kimi tanınmamağından əziyyət çəkir. “Ermənistanın Qarabağla əlaqəli hava məkanı münasibətlərini qurmaq və təyyarənin uçuşunu təşkil eləmək məsələləri ona təminat verirmi ki, Gürcüstan özü Abxaziya və Osetiyanın xarici məkanla bu cür əlaqələrini tanısın. Mənə elə gəlir ki, yox. İvanişvili höküməti xalqa belə bir vəd verməyib ki, gələndən sonra deptatizmi biraz da stimullaşdıracaq və Gürcüstanın bölgülüyünə daha çox xidmət edəcək. Əks halda Gürcüstan xalqı tərəfindən daş-qalaq edilərdi”.

Milli Məclisin üzvi hesab edir ki, müdafiə nazirinin bu mövqeyinə sərt etiraz olmalıdır. “Əminəm ki, bizim Müdafiə Nazirliyindən bu məsələ ilə bağlı müvafiq olaraq Gürcüstan həmkarlarından sorğu istəniləcək. Həm də öyrənilsin ki, açıq şəkildə bu uçuşlar məsələsinə münasibət Gürcüstanın hökümətinin mövqeyini təmsil edir? Nə dərəcədə onların iqtidarı bu cür düşünürlər? Bu artıq açıq şəkildə Azərbaycanın əleyhinə, onun maraqlarını təhlükə qarşısında qoymaq niyyəti kimi də özünü göstərə bilər. Ona görə də zənn edirəm ki, buna bizim siyasi etirazlarımız müxtəlif səviyyədə olmalıdır. Həm Xarici İşlər Nazirliyi, o cümlədən Müdafiə və silahlı qüvvələrimiz tərəfindən Gürcüstanın müvafiq şəxslərinin bu mövqeyi əleyhinə bizim kəskin mövqeyimiz ortaya qoyulmalıdır. Onlar bilməlidirlər ki, bu məsələdə əvvəlki xəttdən kənara çıxmaq avtomatik olaraq Gürcüstan-Azərbaycan münasibətlərinə təsir edər”-deyə, Zahid Oruc qeyd edib.

Qeyd edək ki, Ermənistana səfər edən Gürcüstanın müdafiə naziri İrakli Alasania Azərbaycanın sivil vətəndaşları daşıyan təyyarələri vurması ilə bağlı bəyanatlarının qəbuledilməz olduğunu bildirib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti