Əvvəl təcavüzə, sonra qəzaya uğradılar

Əvvəl təcavüzə, sonra qəzaya uğradılar
  09 Mart 2013    Oxunub:1470
Saatlıda bıçaqlanan ata və oğul basqınçılardan qaçarkən qəzaya uğrayıb
Saatlı Rayon Polis Şöbəsindən verilən məlumata görə, bu gün saat 14.30 radələrində Saatlı rayonunun Musalı kənd sakinləri Ayəddin Əvəzov və onun oğlu, 1991-ci il təvəllüdlü İldırım Əvəzov ağac əkərkən naməlum şəxslərin hücumuna məruz qalıb.

Həmin şəxslər onların əkdiyi ağacları çıxararaq əllərində olan ağac, bel, bıçaq və tüfənglə ata və oğula müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sükan arxasına əyləşən ata oğlu ilə birlikdə yaralı vəziyyətdə özünə məxsus “VAZ-2106” markalı avtomobillə xəstəxanaya gedərkən huşunu itirib və saat 15:00 radələrində Sabirabadın H.Əliyev prospektində başqa bir avtomobillə toqquşub. Yaralı vəziyyətdə olan ata Sabirabad Mərkəzi Rayon Xəstəxanasına, baş nahiyəsindən bellə bir neçə zərbə alan oğul isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

İldırım Əvəzov hazırda əməliyyat olunur. Həkimlər onun 6 bıçaq yarası və başından bellə iki küt zərbə aldığını bildirib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Teqlər:  





Xəbər lenti