`SOCAR`ın Türkiyədə tikdiyi liman regionun inkişafına yardım edəcək

`SOCAR`ın Türkiyədə tikdiyi liman regionun inkişafına yardım edəcək
  21 Noyabr 2013    Oxunub:1286
"SOCAR Turkey Enerji": Türkiyədə yeni konteyner limanının tikintisi regionun inkişafına yardım edəcək.
Hazırda "Petkim" konteyner limanının infrastrukturunun təqribən 42 faizinin tikintisi başa çatıb, habelə torpaq işlərinin 82 faizə yaxını görülüb. AzVision.az xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin sədri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, limanın tikintisinin 2015-ci ildə başa çatacağı, tikinti layihəsinin dəyərinin isə 400 milyon dollar təşkil edəcəyi gözlənilir: "APM Terminals"ın gücü Aslancaq limanının gücünü təqribən 50 faiz üstələyəcək".

K.Yavuz bildirib ki, konteyner limanının tikintisi regionun inkişafına yardım edəcək və liman uzunluğu 300 metrədək konteynerləri qəbul edə biləcək: "Yeni limanın intensiv tikilməsi "SOCAR Turkey Enerji"nin sərmayələri sayəsində mümkün olur. Hazırda "SOCAR Turkey Enerji" Türkiyədə çox sərfəli enerji layihələri həyata keçirir".

O vurğulayıb ki, "SOCAR Turkey Enerji" "Petkim" şirkətini əldə etdikdən sonra daha aktiv inkişaf etməyə başladı və hazırda həyata keçirilən layihələr bunu sübut edir: "Petkim" şirkəti 19 il özəlləşdirmə mərhələsində olub".

"SOCAR Turkey Enerji"nin Türkiyəyə yatırdığı sərmayələr Türkiyə-Azərbaycan dostluq əlaqələrinin bariz nümunəsidir.

İdarə heyətinin sədri deyib ki, "Petkim" şirkəti hazırda Türkiyənin neft-kimya sahəsinin 25 faizinə nəzarət edir: "Petkim"in gəlirləri 9 ay ərzində xeyli artıb və bu göstərici gələcəkdə də artacaq".

"SOCAR Turkey Enerji" Türkiyənin sənaye istehsalı sahəsində ikinci yeri tutur.


Teqlər:  





Xəbər lenti