Beynimizi necə kodlayırlar - VİDEOBLOQ

 Beynimizi necə kodlayırlar -    VİDEOBLOQ
  24 Aprel 2019    Oxunub:10518
Texnologiyanın inkişafı özü ilə bərabər bir sıra yeniliklər gətirir. Bunlardan biri və ən təhlükəlisi zehnin idarə olunmasıdır. Buna subliminal təsir və ya şüuraltı təsir də deyirlər. Avropada və Amerikada geniş yayılan bu sahədən əsasən xüsusi xidmət orqanları istifadə edirlər.
Belə ki, sözegedən metodla insanların düşüncələrinə nüfuz etmək, onları istənilən istiqamətə yönəltmək mümkündür. Məlumdur ki, beyinin işləmə prosesi çox qəlizdir. Bir var şüurlu proses, bir də var şüuraltı. Şüurlu prosesi müəyyən üsullarla ölçmək, yoxlamaq mümkündür, amma altşüurda nələrin baş verdiyini və hansı proseslərin getdiyini bilmək olmur.

Məsələn, rənglərin insan psixologiyasina təsiri var. Qırmızı rəng kini, qəzəbi oyandırır, yaşıl zehnı dincəldir, qara rəng ümidsizlik, ağ isə gümrahlıq aşılayır. Musiqi alətləri, qoxular da insanın əhvalına təsir edə bilir. Hətta rəqəmlər belə...

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov yeni videobloqunda insanların beyinlərinə necə təsir edildiyini araşdırıb.

Vloqun birinci hissəsini təqdim edirik:



Azvision.az



Teqlər: Videobloq  





Xəbər lenti