Mənə heç fərqi yoxdur - VİDEOBLOQ

   Mənə heç fərqi yoxdur -    VİDEOBLOQ
  17 May 2019    Oxunub:6297
Azərbaycanla Avropa İttifaqı arasında imzalanması planlaşdırılan saziş bir çox dairələri, o cümlədən radikal müxalifəti ciddi narahat edir. Son günlər sosial şəbəkələrdə bununla bağlı xüsusi bir kampaniya başladılıb. Radikallara məxsus internet resurslarında insanlar arasında çaşqınlıq yaratmaq məqsədilə müxtəlif dezinformasiyalar tirajlanır.
İddia olunur ki, guya Prezidentin Brüssel səfəri zamanı Aİ ilə gözlənilən sazişin imzalanması baş tutmayıb. Əslində azdan-çoxdan siyasətlə maraqlananlara məlumdur ki, Brüsseldə belə bir sazişin imzalanması ümumiyyətlə nəzərdə tutulmamışdı, hətta sənəd hələ tam hazır deyil.

Bəs, vaxtilə Avropaya inteqrasiya tələb edən dırnaqarası müxalifətçilər indi hansı səbəbdən bu sazişə qarşı çıxırlar? Aysberqin görünməyən tərəfində nələr var?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu sualı cavablandırmaqla müxalifətin çirkin yalanlarını üzə çıxarıb.

Sözügedən videobloqu sizlərə təqdim edirik:



Azvision.az



Teqlər:   Saziş   Brüssel  





Xəbər lenti