Bakı metrosunda gecikmənin səbəbi

Bakı metrosunda gecikmənin səbəbi
  11 Mart 2013    Oxunub:1511
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır
Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində problemlər yaranıb. Təxminən 20-25 dəqiqə müddətində qatar tuneldə hərəkətsiz şəkildə qalıb. Azvision.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı da yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün Metropolitenin mətbuat xidməti ilə əlaqə saxladıq. Məlum oldu ki, qatarların ləngimələrinə səbəb "28 May" stansiyasında maşınist kranında baş verən nazasılıq olub.
Qeyd edək ki, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.

Sevinc


Teqlər:  





Xəbər lenti