C vitamini nə üçün lazımdır?

C vitamini nə üçün lazımdır?
  26 May 2019    Oxunub:5019
İnsan bədənində vitamin çatışmazlığı müxtəlif xəstəliklərdə mütləq özünü büruzə verir. Orqanizmdə vacib rol oynayan vitaminlərdən biri C vitaminidir. Onun simptomları müxtəlif vəziyyətlərdə özünü göstərə bilər.
Azvision.az xəbər verir ki, çətin sağalan yaralar və sıyrıqlar insan vücudunda vitamin C-nin kifayət qədər olmadığını üzə çıxarır.

Həkimlər bildirirlər ki, hüceyrələrdəki toxumaların bərpasında ən vacib rolu məhz C vitamini oynayır. Bundan başqa, askorbin turşusunun orqanizmdə çatışmaması kökəlmə riskini artırır və daim yorğunluq yaradır.

C vitamininin yoxluğundan əziyyət çəkən insanlar immunitet azlığı yaşayır və hər zaman pis əhval–ruhiyyədə olurlar.

Daha çox bu vitaminin azlığına alkoqol və tütün qəbulu, o cümlədən düzgün qidalanmama, anoreksiya və psixi xəstəliklər səbəb olur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Vitamin  





Xəbər lenti