Bakıda şadlıq saraylarında reydlər keçiriləcək

Bakıda şadlıq saraylarında reydlər keçiriləcək
  25 Noyabr 2013    Oxunub:2295
Bakıda fəaliyyət göstərən şadlıq saraylarında yeni sanitar yoxlamalar aparılacaq.
Bunu AzVision.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

“Şadlıq saraylarında yoxlamalar aparmaq üçün qanunvericilik aktları var.Həmin aktlara uyğun olaraq reydlər keçiriləcək. Hansı şadlıq evi yoxlama aparılması üçün qeydiyyata alınıbsa, həmin şadlıq evi də yoxlanılacaq” .

İ.Abdullayevin sözlərinə görə, monitorinqnlərin bölgələrdə də aparılması nəzərdə tutulur.

Şöbə müdiri bundan əlavə dönərxanalarda da yoxlamaların aparıldığını diqqətə çatdırıb:

“Bizim dönərxanalarda yoxlamalarımız davam edir. Bakıda cərimə olunan bir neçə dönərxana var. Bu yaxında Sumqayıtdakı dönərxananın bağlanılması üçün də müraciət olunub, etiraz məktubu verilib. Cərimə olunan dönərxanalar çoxdur. Burada olan problemlər təkcə ətlə bitmir. Daxil olan ətin necə hazırlanması, saxlanılması kimi kimi tələblər yerin yetirilməlidir. Ötən ay 39-a yaxın müəssisənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunub, bunların içərisində dönərxanalar da var”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti