İş adamları Türkiyədə bir araya gəlib

 İş adamları Türkiyədə bir araya gəlib
  26 Noyabr 2013    Oxunub:1412
Toplantını Dünya Türk Gənclər Birliyinin sədri , sabiq millət vəkili Әkrəm Abdullayev giriş sözü ilə açaraq Türk dünyasının bütün nümayəndələrini belə bir toplantıda görməkdən qürur duyduğunu bildirib.

O, qeyd edib ki, belə bir formatda toplantının keçirilməsi bir neçə il idi ki, müəyyən səbəblərdən təxirə salınırdı. Amma bu gün belə bir toplantının keçirilmesi bütün Türk dünyasının uğuru adlandırmaq olar.

"Fəaliyyət göstərdiyimiz müddətdə yazarları, alimləri, istehsalçıları bir araya gətirə bildik. Zaman-zaman Dünya Türk Gəncləri Birliyi səviyyəsində bu təşkilatları qurduq. Artıq Dünya Türk Gəncləri Birliyinin ətrafında bir neçə sahəni birləşdirən belə təşkilatlar var. Qloballaşan dünyada iş görən insanların nə qədər önəmli olduğunu nəzərə alıb belə bir toplantı keçirməyi qərara aldıq. Biz artıq neçə aylardır ki, bu toplantının keçirilməsi, Türk dünyasının hər yerindən bura iş adamlarının dəvət olunmasına çalışırdıq. Nəticə olaraq buna nail olduq".

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Şamil Ayrım toplantını yüksək qiymətləndirdiyini, sovetlər dağılandan sonra onun tərkibində olan respublikaların nələr edə biləcəyinin sübutu olduğunu bildirib: " Belə bir toplantını gerçəkləşdirmək çox çətindir. Amma gənclərin edə bilmədikləri heç bir şey yoxdur. İnanıram ki toplantı başa çatandan sonra çoxları belə bir toplantının öz ölkələrində keçirilməsini istəyəcək. Toplantının türk xalqlarının bir araya gəlməsini bu coğrafiyada, qardaşlığın, sülhün təminatı olacağına inanıram".

Türk dünyası Qəzetəçilər Cəmiyyətinin rəhbəri Menderis Demir bu gün Türk dünyasının hər bir sahədə birlikdə olmasına ehtiyac olduğunu söyləyib " Çox təəssüf edirəm ki, türk mətbuatı belə önəmli toplantını işıqlandıra bilmədi. Amma biz də yaxın günlərdə Türkiyə Qəzetçilər Federasiyası ilə birlikdə türk dünyasının media nümayəndələrini də bir araya gətirib belə bir toplantı keçirəcəyik"

Daha sonra Kiçik Çəkməcə Məmurluğunun adına Türk Dünyası ofisinin koordinatoru Semre Aydın Afşar Türk dünyasının bir çox problemlərinə toxunub və bu toplantının həmin problemlərin həlli açarı olacağını bildirib.

" Әslində Türk dünyasına baxanda qan və göz yaşları da görürük. Çünki elə bir gün yoxdur ki, Kerkükdə bomba səsləri eşidilməsin və ölüm hadisəsi olmasın. Şərqi Türküstanda soyqırım davam edir, Qarabağ problemi 30 ildir həll edilmir. Amma dünya türklərin nüfuzuna baxdıqda hər bir nəfərin Türk olduğu bir dünyada qan və göz yaşı bu coğrafiyadadır.".

Daha sonra toplantı Türk xalqlarının sənət musiqiləri ilə davam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti