İranlı deputat Azərbaycan mediasını ittiham etdi

İranlı deputat Azərbaycan mediasını ittiham etdi
  11 Mart 2013    Oxunub:1557
“Azərbaycandakı sionist media İranda yaşayan müxtəlif etnik tayfalar arasında ixtilaf yaratmaq məqsədilə özlərini “Traktor” futbol komandasının hüquq müdafiəçisi kimi göstərməyə çalışırlar”.
AzVision.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Məhəmməd İsmayıl Səidi deyib.

“Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılmalıdır”- deyən deputat buna səbəb kimi Bakıda fəaliyyət göstərən KİV-in İranın daxili işlərinə qarışdığını göstərib.

“Bu KİV-lər öz siyasi və qərəzli məqsədləri üçün əsasən “Traktor” futbol komandasından sui-istifadə edirlər. Halbuki təbrizlilər bütün həmvətənlərini sevirlər və bu duyğu İranda qarşılıqlıdır”- o bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan Respublikası öz mediasına nəzarət etməlidir. Çünki belə davam edərsə, bu, Azərbaycana baha başa gələ bilər”
Xatırladaq ki, fevralın 26-da Təbrizdə “Traktor” komandası ilə BƏƏ-nin “Əl-Cəzirə” klubu arasında keçirilmiş görüşdə “Traktor” azarkeşləri üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar.


Teqlər:  





Xəbər lenti