Rusiya Azərbaycanın 227 ton məhsulunu geri qaytardı - VİDEO

 Rusiya Azərbaycanın 227 ton məhsulunu geri qaytardı -  VİDEO
  03 İyul 2019    Oxunub:3954
Azərbaycan istehsalı olan 119 ton pomidor və 108 ton gilasın Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilməyib.

Azvision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti qərar qəbul edib.
Məlumata görə, laboratoriyada məhsullarda zərərli maddələrin olduğu təsdiq edilib. Nəticədə yüklərlə bağlı protokol tərtib edilib və məhsullar Azərbaycana geri göndərilib.

Bundan başqa, İrandan gətirilən 11 ton təzə bibər Rusiya ərazisinə buraxılmayıb.



İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Pomidor   Gilas  





Xəbər lenti