Ağ saç qocalıq yox, sağlamlıq əlamətidir

Ağ saç qocalıq yox, sağlamlıq əlamətidir
  29 Noyabr 2013    Oxunub:11773
Saçlar ağdırsa, deməli orqanizm cavandır.
Sən demə, ağ saçla orqanizmin qocalmasına deyil, əksinə insanın sağlamlığına dəlalət edir. Alimlər müxtəlif yaş hədlərində olan ağ saçlı insanlarla bağlı tədqiqatlardan sonra belə bir qənaətə gəliblər. Aydın olub ki, saçların ağ olması ilə orqanizmin sağlamlığı arasında birbaşa əlaqə var.

Alimlər əminliklə qeyd edirlər ki, ağ saç insanın çox sağlam olduğundan xəbər verir. Buna baxmayaraq 30 yaşa qədərki cavanlarda bu prinsip istisna təşkil edir. İnsan nə qədər çox yaşlanırsa, onun orqanizmində qlutationun antioksidant səviyyəsini azaldan proseslər baş verir.

Ağsaçlılarda isə qlutationun yüksək səviyyədə olur ki, bu da orqanizmin cavan qalmasına xidmət edən antioksidantların uzun müddət qalmasına şərait yaradır. Məhz buna görə də alimlər ağ saçların möhkəm sağlamlığın göstəricisi olduğunu iddia edirlər. Saçlar ağdırsa, deməli orqanizm cavandır.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti