Azərbaycanlı rəqqaslar Türkiyəni heyrətləndirdi - VİDEO

Azərbaycanlı rəqqaslar Türkiyəni heyrətləndirdi - VİDEO
  02 Dekabr 2013    Oxunub:1501
Azərbaycanlı gənc oğlanlardan ibarət "Crazy Eyes" qrupu Türkiyənin məşhur "Yetenek Sizsiniz" tele müsabiqəsində iştirak edib. Rəqqaslar öz orijinal çıxışları ilə Acun İlicalının rəhbərlik etdiyi münsif triosunu heyran ediblər.
Qrupun rəhbəri Arif Məmmədov bununla bağlı təəssüratları ilə bölüşüb:

“Acun saytında qeydiyyat olunduqdan 5 gun sonra, ayın 19-u gecə mənə zəng gəldi. Qrupu bəyəndiklərini dedilər və sonuncu çəkilişləri olduğunu deyib bizi ayın 21-nə dəvət etdilər. Noyabrın 20-si uçduq İstanbula, 21-i saat !7:00-da çəkiliş başladı və ilk çıxış etməli biz olduq. Ona görə, bütün həyəcan qrupun üstünə düşdü. Amma artıq məşq zamanı anldıq ki, heç olmasa 2 “evet” alacağıq. Çünki məşqdə iştirak edən bütün işçilər və izləyənlərin alqışları və təbriklərinə qərq olduq. Çox şadam ki, gözlədiyimizdən də artıq oldu. Hər 3 jüri bizi bəyəndi və biz növbəti tura keçdik” – deyə, prodüser sevinsi ilə bölüşdü.

Xatırladaq ki, “Crazy Eyes” rəqs qrupunun fəaliyyəti yalnız onun gənc rəhbəri Arif Məmmədovun hesabına maliyyələşir. Maliyyə azlığından narahat olan prodüser qrupun “Yetenek sizsiniz” müsabiqəsinin növbəti turunda layiqli çıxışı üçün maddi dəstək axtarışındadır.

“Crazy Eyes”in “Yetenek sizsiniz” verilişindəki qürurverici çıxışını sizə də təqdim edirik:

buradan baxa bilərsiniz


Teqlər:  





Xəbər lenti