“Binə” və “Sədərək”də brend fırıldağı

“Binə” və “Sədərək”də brend fırıldağı
  04 Dekabr 2013    Oxunub:11566
Bakıda Çin malları Türkiyə adına satılır

Bakının ən böyük ticarət mərkəzlərindən olan “Binə” və “Sədərək”də saxta brend mağazaları aşkarlanıb. Belə ki, sözügedən ticarət mərkəzlərində, eləcədə paytaxtın digər yerlərində Avropanın və Türkiyənin tanınmış geyim və tekstil brendlərinin adını daşıyan mağazalarda Çin və Pakistan istehsalı mallar orijinal adı ilə satışa çıxarılır.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin “Taç”, “Hobby Home Collection”brendlərinin rəhbərləri etiraz edərək Azərbaycanda satılan bu malların saxta olduğunu bildiriblər.

Həmin firmalar Bakıda fəaliyyət göstərən ”Taç”, “Hobby Home Collection” mağazalarının icazəsiz fəaliyyət göstərdiyi bəyan edərək bu mağazaları saxtakarlıqda ittiham edib.

Həmçinin qeyd edilib ki, Bakıda “Zorlu” tekstil firmasının Taç və Grea Soft, “Altınbaşak Tekstil”n Altınbaşak Elegant, Penye De Luxe və Comfy Softy, “Makroteks”in Firuzə adı markalarını Azərbaycanda keyfiyyətsiz şəkildə istehsal edilərək bazarda satılır.

Dənizli İxracatçılar Birliyinin sədri Süleyman Qocasərt isə bu məsələ ilə bağlı problemlər yaşadıqlarını qeyd edib:
“Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığı üçün bununla bağlı heçnə edə bilmirik. Buna görə də bu problemlər bağlı sənəd hazırlayaraq iqtisadiyyat naziri Zəfər Çağlayana müraciət etmişik. Nazirdən qarşılıqlı müzakirələrlə bu problemin həll edilməsini istəyirik”-deyə S.Qocasərt bildirib.

Qeyd edək ki, saxta məhsullar satışa olduqca baha qiymətə çıxarılır və hətta mağaza sahibləri alıcıları inandırmaq üçün and-aman etməkdən belə çəkinmirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti