`Benzinin qiymətinin artırılması normaldır`

`Benzinin qiymətinin artırılması normaldır`
  05 Dekabr 2013    Oxunub:1501
“7 ildən sonra benzinin qiymətinin artırılmasını normal qarşılayıram”.

AzVision.az xəbər verir ki, bunu İstanbulda jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev yanacağın qiymətinin 7 ildən bəri artırılmadığını xatırladıb: “Bilirsiniz ki, dövlət büdcəsi və sosial proqramların maliyyələşdirilməsi gündən-günə artır. Büdcəyə yeni maliyyə vəsaitinin gəlməsi sosial proqramların həyata keçirilməsi imkanlarını daha da gücləndirir. Bu normaldır. Bu artımın ölkənin ən böyük şirkətinin maya dəyərinə heç bir dəxli yoxdur, biz yenə də sosial proqramlarımızı həyata keçirəcəyik. Biz neft məhsullarımızın Avropa standartarına uyğun olmasına doğru gedirik. Hal-hazırda dizelimiz Avropa standartındadır. Benzimizin digər növlərini də Avro standartına, böyük investisiyalarla yeni zavodlar tikərək gətirə bilərik”.

R. Abdullayev yüksək oktanlı benzin növlərinin qiymətinin sərbəst buraxılmasının tərəfdarı olduğunu qeyd edib: “Məlumdur ki, böyük avtomobillər 95-98 oktan benzindən istifadə edir. Niyə dövlət böyük “cip” sürüb 95-98 oktanlı benzindən istifadə edənləri subsidiya etməlidir? 95 və 98 oktan benzin dünya qiymətinə olmalıdır. Dövlət dizeli və 92 oktan benzini subsidiya edir, bunu başa düşdük, bəs niyə bahalı maşınlarda istifadə edilən benzini subsidiya etməlidir? Biz 92 oktan benzinin rəngini dəyişdirdik ki, əliəyri adamlar 92 oktan benzini 95 oktan benzinə qarışdıra bilməsinlər. Hal-hazırda keyfiyyətlə bağlı problem yoxdur. Mən xahiş etmişdim ki, 95 oktan benzini açıq bazarda sataq, ancaq təklifim qəbul olunmadı”.


Teqlər:  





Xəbər lenti