Azərbaycan 1 ayda 2263 vergi pozuntusu aşkarlandı

Azərbaycan 1 ayda 2263 vergi pozuntusu aşkarlandı
  05 Dekabr 2013    Oxunub:1281
2013-cü ilin noyabr ayı ərzində əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və digər məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2263 vergi ödəyicisinin qanunvericiliyi pozması faktları aşkar edilib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, 1255 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 343 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisi tərəfindən 504 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 84 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti