`Şahdəniz-2` layihəsinə 40 milyard dollar xərclənır

`Şahdəniz-2` layihəsinə 40 milyard dollar xərclənır
  06 Dekabr 2013    Oxunub:1468
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar layihənin ikinci fazasının reallaşdırılmasına 40 milyard dollar xərcləyəcəklər.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.

Onun sözlərinə görə, hasilat infrastrukturunun yaradılmasına çəkilən xərclər təqribən 20 milyard dollar olacaq.

Q.Birrel qeyd edib ki, yatağın işlənməsinə isə 2 milyard dollar xərclənəcək.

Qeyd edək ki, hesablamalara görə, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz təşkil edir.


Teqlər:  





Xəbər lenti