Əfv Komissiyasına 11 nəfərlik siyahı təqdim olunub

Əfv Komissiyasına 11 nəfərlik siyahı təqdim olunub
  12 Mart 2013    Oxunub:1508
Əfvlə bağlı fərmanın may ayında veriləcəyi gözlənilir.
Hüquq-müdafiə təşkilatları Monitorinq qrupunun üzvləri Azərbaycan prezidenti yanında Əfv Komissiyasına 11 nəfərlik siyahı təqdim edib.

Bu barədə Monitorinq qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlının bu gün keçirdikləri mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, siyahıda sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, jurnalist Fuad Hüseynovun və bir neçə ömürlük məhkumun adı var.

Hüquq müdafiəçiləri əfvlə bağlı fərmanın may ayında, Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı verilməsinin gözlənilən olduğunu qeyd ediblər.

Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı son günlər ərzində Fransa, ABŞ, Böyük Britaniyanın Azərbaycandakı səfirləri, Avropa Birliyinin nümayəndəsi ilə keçirdikləri görüşlər barədə də məlumat veriblər.

Qeyd olunub ki, görüşlərdə, AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hesabatı, İsmayılı hadisələri, aksiyalarda saxlanılan şəxslərin cərimələnməsi, məmur özbaşınalığı, məmurların uzun müddət vəzifədə qalmaları, əsgər ölümləri barədə müzakirələr aparılıb.(apa)


Teqlər:





Xəbər lenti