6 min azərbaycanlı müalicə üçün Türkiyəyə üz tutub

6 min azərbaycanlı müalicə üçün Türkiyəyə üz tutub
  06 Dekabr 2013    Oxunub:1347
2013-cü ildə Azərbaycandan Türkiyəyə 6106 nəfər müalicə almaq üçün üz tutub.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi rəsmi statistikasında qeyd olunur.

Elə ki, reytinq siyahısında Azərbaycan ilk dördüncü yerdədir. Nazirliyin yaydığı məlumatda bildilir ki, azərbaycanlılar daha sonra Türkiyənin özəl xəstəxanalarına üz tuturlar.

Müraciət edən şəxslər əsasən qulaq, burun, boğaz, onkoloji, uroloji, daxili xəstəliklər, kardioloji və beyin əməliyyatını həyata keçirmək istəyirlər.

Bundan əlacə Türkiyəyə müalicə almaq üçün ən çox Liviyalılar gəlir.

Cari ilə ərzində 10 min 322 nəfər Liviya, 9 min 579 nəfər İraq, 8 min 317 nəfər Almaniya, 6106 nəfər Azərbaycan, 2 892 nəfər Hollandiya vətəndaşı Türkiyədə müalicə olub.

Eyni zamanda Rusiya, Fransa və Gürcüstan vətəndaşları da səhhətlərini əksər hallarda türk həkimlərinə etibar edirlər.

Belə ki, bu il Bolqarıstandan 2813, Rusiyadan 2598, Suriyadan 1776, Gürcüstandan 1637, Fransadan isə 1156 nəfə Türkiyə xəstəxanalarında qeydə alınıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti