Bakıda Britaniya filmlərinin I kinofestivalı başladı

Bakıda Britaniya filmlərinin I kinofestivalı başladı
  07 Dekabr 2013    Oxunub:1637
Dekabrın 6-11-də Bakıda “28 Cinema” kinoteatrında Britaniya filmlərinin I festivalı keçirilir.
AzVision.az xəbər verir ki, festival “28 Cinema” kinoteatrının, British Councilin, habelə “British Airways” şirkətinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.

British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirmişdir ki, təşkilatın Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibətilə təşkil edilən festival Azərbaycan-Britaniya mədəni əlaqələrinin inkişafı istiqamətində atılmış daha bir addımdır. Tanınmış kukla animatoru Stiven Mottram özünün “Stephen Mottramˊs Animata” teatrı ilə birlikdə noyabrın 9-16-da keçirilmiş II Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Bakıda qastrol səfərində olub.

Son illər ölkələrimiz arasında münasibətlər ali təhsil müəssisələri arasında əməkdaşlıq sahəsində də sürətlə inkişaf edir. Məsələn, Bakı Ali Neft Məktəbi Britaniyanın ən böyük universitetlərindən biri - “Heriot-Watt” ilə əməkdaşlıq edir. Azərbaycan Diplomatik Akademiyası “Aberystwyth University”, “University of Reading è University” ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalamışdır. E.Vayt demişdir: “Azərbaycan ali məktəblərinin çoxu Avropanın “TEMPUS” proqramı çərçivəsində Britaniya universitetləri ilə əməkdaşlıq edir”.

British Councilin regional meneceri Mayk Rok və “28 Cinema” kinoteatrının sahiblərindən biri Rüfət Abbasov ümidvar olduqlarını bildirmişlər ki, belə tədbirlər ənənəyə çevriləcək.

Kinofestival “Selfish Giant” filminin nümayişi ilə başlanmışdır. Oskar Uayldın eyniadlı əsərindən ruhlanan Klio Bernard mis qırıntılarının oğurluğu ilə məşğul olan iki yeniyetmə barədə müasir ibrətamiz film çəkmişdir. “Xudbin nəhəng” filminin əsas qəhrəmanları Arbor (Conner Charman) və Svifti (Shaun Thomas) adlı yeniyetmələrdir. Bredford şəhərinin ətrafında yaşayan, başlı-başına buraxılmış bu uşaqlar öz kiçik bizneslərini qururlar: zibillikdən mis kabel oğurlayıb yaxşı pula satırlar. Qeyd edək ki, film 7 nominasiyada Britaniya müstəqil kinosunun mükafatına təqdim olunub.

Britaniya filmlərinin I kinofestivalı çərçivəsində “Saving Santa 3D”, “Diana”, “Now is good”, “The Worlds End”, “Suspension of Disbelief”, “The Double” и “About time” filmləri də nümayiş etdiriləcək.

Qeyd edək ki, tədbir çərçivəsində keçirilmiş lotereya oyunu zamanı iki qonaq “British Airways” şirkətindən Londona 2 biznes- klas bileti əldə edib.


Teqlər:





Xəbər lenti