Bakıda ağır yol qəzası - VİDEO

Qəzanın səbəbi ötmə əməliyyatının düzgün yerinə yetirilməməsidir.
Sürət həddini aşan avtomobil böyük sürətlə hərəkət edən digər maşınla toqquşduqdan sonra qarşı yola keçərək, burada maneələrə çırpılıb.
İkinci avtomobil isə işıq dirəyinə çırpılaraq, yararsız hala düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.