Pullu xidmətlərin həcmi 6,9 faiz artıb

Pullu xidmətlərin həcmi 6,9 faiz artıb
  08 Dekabr 2013    Oxunub:1291
Cari ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,9 faiz artıb.
Cari ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 5050,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, artımın 60,3 faizi hüquqi şəxslərin müəssisələrində yaranmış və bu müəssisələr tərəfindən əhaliyə 3815,8 milyon manatlıq pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir sakin ayda orta hesabla 54,4 manatlıq, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib


Teqlər:





Xəbər lenti