Zaqatalada bitkiçilik məhsullarının yığımı başa çatdı

Zaqatalada bitkiçilik məhsullarının yığımı başa çatdı
  08 Dekabr 2013    Oxunub:1564
Zaqatala rayonunun təsərrüfatlarında meyvə istisna olmaqla, bitkiçilik məhsullarının yığımı başa çatıb.
AzVision.az xəbər verir ki, Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, məhsul istehsalçıları bu il 15 min 86 ton kartof, 20 min 132 ton tərəvəz, 8 min 740 ton bostan məhsulları, 31 min 742 ton dən qarğıdalı istehsal eiblər. Əvvəlki illə müqayisədə kartof istehsalı 548, tərəvəz istehsalı 519, bostan məhsulları istehsalı 138, qarğıdalı istehsalı isə 3 ton artıb.

Bağbanlar indiyədək meyvə bağlarından 27 min 502 ton məhsul toplayib. Meyvə istehsalı əvvəlki ilə nisbətən 443 ton artıb.

Cari mövsümdə rayonda 1220 ton quru tütün, 621 ton üzüm, 53,6 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. Ötən illə müqayisədə üzüm istehsalı 32 ton, yaşıl çay yarpağı istehsalı isə 15 ton artıb.

Hazırda təsərrüfatlarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatmaq üzrədir. Bu günədək 12 min 574 hektar sahə şumlanmış, 11 min 641 hektar sahəyə taxıl səpilib.


Teqlər:





Xəbər lenti