İstehlakçıların aldadılması halları aşkar edilib

İstehlakçıların aldadılması halları aşkar edilib
  08 Dekabr 2013    Oxunub:2396
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Rəşad Mehtiyevə məxsus mağazada yoxlama aparılıb.

AzVision.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları aşkara çıxarılıb. Belə ki, mağazanın girişində “30 faiz endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində bununla bağlı heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yerləşdirildiyi də aşkar olunub.
Araşdırmalar davam etdirilir.

AzərTAc


Teqlər:





Xəbər lenti