Sorentinonun dramı ən yaxşı film seçildi - VİDEO

Sorentinonun dramı ən yaxşı film seçildi - VİDEO
  09 Dekabr 2013    Oxunub:1361
Paolo Sorentinonun “Böyük gözəllik” dramı Berlində əsas mükafatı götürdü.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, şənbə günü Avropa kinoakademiyasının 26-cı mərasimində “Ən yaxşı film” mükafatını Paolo Sorentinonun “Böyük gözəllik” dramı əldə etdi. Film daha üç “Ən yaxşı kişi oyunçu”, “Ən yaxşı rejissor” və “Ən yaxşı montaj” nominasiyalarına da layiq görülüb. Əsərin sujet mərkəzində 60 yaşlı yazıçının yaradıcı böhranı durur.




Teqlər:





Xəbər lenti