Prezident Monteneqro parlamentinin sədri ilə görüşüb - FOTO

Prezident Monteneqro parlamentinin sədri ilə görüşüb  - FOTO
  12 Mart 2013    Oxunub:1200
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Martın 12-də Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "Villa Qoritsa" Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb.

Səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edilib.

Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti