İlham Əliyev baş nazirlə görüşdü

İlham Əliyev baş nazirlə görüşdü
  12 Mart 2013    Oxunub:1584
Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Monteneqro Respublikasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın Monteneqroya investisiya yatırması və bu baxımdan Podqoritsada ölkəmiz tərəfindən ilkin mərhələdə həyata keçiriləcək investisiya layihələrinin önəmi diqqətə çatdırılıb.

Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.


Teqlər:





Xəbər lenti