Vergilər Nazirliyi 225 mindən çox müraciət cavablandırıb

Vergilər Nazirliyi 225 mindən çox müraciət cavablandırıb
  10 Dekabr 2013    Oxunub:1534
Vergilər Nazirliyi bu il 225 mindən çox müraciəti cavablandırıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, 2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 226 488 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 552 505 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 163 612-si canlı rejimdə müfəttiş-operatorlar, 62 876-sı isə səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb.

Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (12,5%), elektron xidmətlər - (27,5%), hesabatlar və onların doldurulma qaydaları (8,4%), qeydiyyat (11,4%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (45,6%) və dövlət büdcəsinə olan vergi borcları (29,1%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 27% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1365 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 2%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 72,6%-i Bakı şəhərindən, 14,1%-i ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olub.


Teqlər:





Xəbər lenti