Rusları təəccübləndirən “gümüş səsli” Ergün - VİDEO

Rusları təəccübləndirən “gümüş səsli” Ergün - VİDEO
  10 Dekabr 2013    Oxunub:1258
Son günlər qonşu Rusiyadan azərbaycanlılarla bağlı xoşagəlməz xəbərlər mətbuatda yer alır. Amma millətimiz həmeşəki kimi yaxşı yöndə də fərqlənməyi bacarır. AzVision.az xəbər verir ki, bu gün Rusiya Federasiyasında keçirilən Beynəlxalq “Olqa Sosnovskaya” gənc vokalistlər konkursunun qalibləri sırasında 12 yaşlı həmyerlimiz Ergün Qədmalıyevdə yer alırdı. O, orta yaşlı ifaçılar sırasında birinci yerə layiq görülüb.

Özünə doğma yurdunun şərəfinə `Laçınlı` ləqəbini götürən gənc ifaçımız rusları uğurları ilə çox təəccübləndirir. Belə ki, bu onun ilk uğuru deyil. Daha əvvəl o, Beynəlxalq “Gümüş Səs” konkursunun qalibi olub. Balaca həmyerlimizə növbəti uğurlar arzulayırıq və hər iki konkursda onu qalibiyyətə aparan ifalarını təqdim edirik.






Teqlər:  





Xəbər lenti