ABŞ səfirindən aksiyaya münasibət

ABŞ səfirindən aksiyaya münasibət
  12 Mart 2013    Oxunub:1320
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar martın 10-da Fəvvarələr meydanında keçirilən “Əsgər ölümlərinə son” aksiyasına münasibət bildirib.
Bu barədə səfirliyin rəsmi facebook səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir:
“10 mart tarixində Bakıda Fəvvarələr Meydanında keçirilmiş ictimai nümayişlərdən bir neçə gün əvvəl 3 gənc fəalın hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs edilməsi barədə mətbuat xəbərləri ilə tanış oldum. Hüquq-mühafizə orqanları nümayəndələri qəbul edilmiş beynəlxalq standartlara zidd olaraq bu fəallardan üçünün törətməkdə ittiham olunduqları cinayətləri etiraf etmək üçün televiziya ilə açıqlamalarını yayınladılar.

Bu hadisələrdən başqa polis dinc nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağından və rezin güllələrdən istifadə etmişdir. Sonra nümayişçilərin bir qismi polis tərəfindən saxlanılmışdır.

Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Mən əminəm ki, hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə, qanunun aliliyini təşviq etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qurarsa Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər”. (Qafqazinfo)


Teqlər:  





Xəbər lenti