Natiq Əliyev: Qazaxıstanla əlaqələri inkişaf etdirəcəyik

Natiq Əliyev: Qazaxıstanla əlaqələri inkişaf etdirəcəyik
  11 Dekabr 2013    Oxunub:1471
Natiq Əliyev: Azərbaycan və Qazaxıstan enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Azərbaycan və Qazaxıstan enerji sahəsi daxil olmaqla, bütün sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini və inkişafını davam etdirmək niyyətindədirlər.

AzVision.az xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə energetika naziri Natiq Əliyev Bakıda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclasının yekunları üzrə bildirib: "Biz, demək olar, bütün sahələri əhatə edən əməkdaşlığın inkişafını müzakirə etdik. Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələr artım nümayiş etdirir, belə ki, illik hesabatda əmtəə dövriyyəsi 42 faiz artıb. Halbuki ötən il mənfi dinamika qeydə alınıb. Buna səbəb qlobal iqtisadi böhranın fəsadları olub".

N.Əliyev vurğulayıb ki, enerji iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindən biridir:
"Məlum olduğu kimi, Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan (BTC - red.) boru kəməri üzrə göndərilir. İki ölkənin dövlət başçıları qarşılıqlı uyğunlaşdırılmış enerji siyasəti aparır. Xəzər regionunda heç bir enerji layihəsi ölkələrimizin iştirakı olmadan həyata keçirilmir. Biz enerji sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üzərində fəal iş aparırıq. Azərbaycan Qazaxıstanın iri "Kaşağan" yatağının istismara verilməsini səbirsizliklə gözləyir. Həmin yataqdan hasil ediləcək məhsulu BTC və Azərbaycanın digər boru kəmərləri vasitəsilə dünya bazarlarına çıxartmaq mümkün olacaq".


Teqlər:  





Xəbər lenti