Azərbaycanın tanınmış jurnalisti ölüm ayağındadır
Adil Mirseyid düşdüyü ağır vəziyyətdən çıxış üçün Heydər Əliyev Fonduna və digər müvafiq dövlət qurumlarına səslənərək yardım istəyib.
Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir.
O, Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.
İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycandaşəxsi kolleksiyalarda saxlanılır.
Teqlər: