"Facebook"a giriş məhdudlaşdırılacaq- VİDEO

 "Facebook"a giriş məhdudlaşdırılacaq-  VİDEO
  13 Mart 2013    Oxunub:1699
Fəzail Ağamalı: “Azərbaycanda sosial şəbəkələrə giriş məhdudlaşdırılmalıdır”
Əsgər ölümü ilə bağlı son zamanlar təşkil olunan aksiyalardan, bu aksiyaların sosial şəbəkələrdə planlaşdırılması xəbərləri yayıldıqdan sonra sosial şəbəkələrə nəzarət, müvafiq saytlara məhdudiyyət qoyulması gündəmə gəlib. Belə təkliflə Ana Vətən Partiyasının lideri, millət vəkili Fəzail Ağamalı çıxış edib.

O, bunu həmin sosial şəbəkələrdə dövlət əleyhinə olan və kütləvi etirazlara gətirib çıxara biləcək yazıların yerləşdirilməsi ilə əsaslandırır: “İdarəolunmaz rəhbəri olmayan kütlə qızışdırılmış formada küçələrə cəlb olunursa, onlar vasitəsi ilə dağıdıcı bir proses gedirsə, hüquq-mühafizə orqanlara hücum olur və onlara xəsarət yetirilirsə, Azərbaycanın dövlətçiliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş belə çağırışların qarşısı alınmalıdır”.

“İrəli” İctimai Birliyinin həmtəsisçisi, millət vəkili Ceyhun Osmanlı isə Azərbaycanda hakimiyyətdə təmsil olunan siyasətçilərin də feysbuk səhifəsinin olduğunu qeyd edib və bunu hakimiyyətin sosial şəbəkələrdn çəkinməməsinin göstəricisi sayır. O hesab edir ki, prinsipcə, sosial şəbəkələri məhdudlaşdırmaq mümkün deyil: “Sosial şəbəkələrdən Azərbaycanda, ümumilikdə, 1 milyon adam istifadə edir, kimsə sosial şəbəkəni məhdudlaşdırmaq barədə fikir bildirəndə həmin 1 milyonun hüquqları barədə düşünsün. Texniki tərəfdən, bu, o dərəcədə asan məsələ deyil. Bir faktı da qeyd edim, siz dünyada interneti məhdudlaşdırmaq istəyən ölkələrin imicinə baxın”.

Dünya təcrübəsində feysbuk və diqər sosial şəbəkələrinə qoyulan məhdudiyyətlər ölkədən ölkəyə fərqlənir. Belə ki, Avstraliya parlamenti Feysbuka ancaq yaş məhdudiyyəti qoymaq istəyir. MDB məkanda yalnız Belorusda insanların toplaşdığı ictimai yerlərdə hətta internetə giriş məhdudlaşdırıb.

Oxşar qərar İranda da qəbul edilib. Orada sosial şəbəkələrə girmək üçün insanlar xüsusi proqramlardan istifadə etməli olurlar. Qonşu İranda feysbuk və diqər sosial şəbəkələrdən istifadə etmək üçün istifadəçi bu şəbəkələrə girişi məhdudlaşdıran amillər sayılan filtrlərdən yan keçmək üçün xüsusi proqramları yükləyirlər.

Mütəxəsisslərin fikrincə, müasir texnologiyalar və onların inkişaf surəti internetdə nəyisə qadağan etməyi demək olar ki, qeyri-mümkün edir.(ANS)




Teqlər:  





Xəbər lenti