Amerika bankları 10 milyard itirəcək

Amerika bankları 10 milyard itirəcək
  14 Dekabr 2013    Oxunub:1370
ABŞ-ın beş nəzarət orqanı ölkə banklarını məyus edərək, “Volker qaydaları”nın (Volcker rule) tətbiqinə başlayıblar. Bu qaydalar banklara icazə verilən ticarət əməliyyatlarının sayını məhdudlaşdırır.
Yeni qaydaların tətbiqində məqsəd ölkənin maliyyə sistemini və əmanətçiləri, ümumilikdə qlobal iqtisadiyyatı sığortalamaqdır. Amma banklar qəti şəkildə bu qaydaların əleyhinə çıxırlar və hətta məhkəməyə üz tutmaq niyyətindədirlər.

Yeni qaydalar banklara riskləri hedcləmək üçün öz vəsaitləri hesabına ticarət əməliyyatlarına qoşulmağı da (proprietary trading) qadağan edir. Hedc-fondlar və birbaşa investisiya fondlarına malik olmaq da yasaqlanır.

Müəyyən emitentin qiymətli kağızlarını alıb-satmaq və belə əməliyyatları təşviq etmək də həmçinin məhdudlaşdırılacaq.

Yeni qaydalar FES-in keçmiş rəhbər Pol Volkerin adını daşıyırlar. Məhz onun fikrincə, 2008-ci ilin maliyyə böhranının əsas səbəbi maliyyə şirkətlərinin ifrat ticarət aktivliyi olub. Buna görə də, böhranın təkrarlanmaması üçün dövlət ticarət əməliyyatlarının həcmini məhdudlaşdırmalıdır.

Volker qaydaları bankların onlar üçün ən gəlirli olan sahədəki – valyuta ticarətindəki fəaliyyətini azaldacaq. “World Street Journal”ın dəyərləndirməsinə görə, Amerikanın 8 ən böyük kredit təşkilatı ümumilikdə $10 milyard gəlirdən məhrum olacaqlar. Buna görə də şirkətlər ona qarşıdırlar və əks addımlar atmağa hazırlaşırlar. O cümlədən də məhkəmə çəkişmələrinə.

Yeni qaydalar gəlin ilin yayından qüvvəyə minəcək. 2015-ci ilin 21 iyulundan başlayaraq isə banklar Volker qaydalarına tam şəkildə əməl etməyə borcludurlar.

Tariyel / AzVision.az


Teqlər:





Xəbər lenti