Oturuşunuza görə xarakterinizi TEST edin

Oturuşunuza görə xarakterinizi TEST edin
  14 Dekabr 2013    Oxunub:3435
Ayaqlar bitişik halda dayanmaq - müvazinətli, dözümlü, dostluğa vəfalı, sədaqətli, səmimi insan olduğunuzu göstərir .

Ayaqların azca aralı durması – diqqət mərkəzində olmağı sevən, özünə əmin, güclü xarakterli, boyun əyməyi sevməyən və hökmran olduğunuz obrazını yaradır.

Ayaqların daha aralı formada dayanması isə - sərt xarakterin göstəricisidir. Bir ayağını digərinin önünə qoyaraq dayanan insanlar- şöhrətpərəst, planların həyata keçirilməsində hövsələsiz, işgüzar, enerjili olduqları obrazını yaradır.

Ayaqlar bir-birinə dolanmış formada oturmaq həmin insanın təmkinli, özünə inamsız, qətiyyətsiz biri olduğunu göstərir və çoxları onu çətin adam hesab edir.

Bir ayağı diz hissədən o biri ayağın üzərinə aşıraraq oturanlar özünə əmin, yaşamağı bacaran insanlardır.

Ayaqlarını bitişdirib oturanlar səmimi, düzgün, hər şeydə intizamı sevən və sözü üzə deyən insanlardır.

Ayaqları qarşı-qarşıya qoyaraq oturan insanlar qətiyyətsiz, xırdaçı, vasvası amma insanlardan yaxşı baş çıxaranlardır.

Dabanları yerə qoyaraq pəncələrini yuxarı qaldıraraq oturan insanlar təmkinli, qapalı, çox həssas, kiçik iradı belə qəbul etməyən insanlardır. Onlar adətən gözləmə mövqeyində dururlar, insanlarla ünsiyyətə girməkdən qorxurlar.

Ayağını digərinin qarşısına qoyaraq oturan insanlar isə hökmlü, qısqanc, hər şeydə birinci olmaq istəyəndir. Həmişə ətrafdakılardan üstün olmaq istəyirlər. Onlarla ünsiyyətdə olmaq çətindir və bu şəxslər şəxsi həyatlarında qətiyyətsizdirlər.

AzVsion.az


Teqlər:  





Xəbər lenti