Sürücülərin cəzası sərtləşdirildi

Sürücülərin cəzası sərtləşdirildi
  13 Mart 2013    Oxunub:1513
Azərbaycanda insan ölümünə səbəb olan sürücülər 12 ilədək həbs oluna bilər.
Azərbaycanda sağlamlığa ağır xəsarət yetirən və ölümə səbəb olan sürücülərin cinayətə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə ayrıca maddə əlavə olunacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov açıqlamasında bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinə əlavə olunacaq 221-1 maddəsinə əsasən, avtomobillərin idarə olunması zamanı şəxsin sağlamlığına ağır zərbə vurularsa və ya ölümü ilə nəticələnərsə, avtomobili idarə edən şəxs ağır cinayət məsuliyyətinə cəlb olunacaq.

Layihəyə əsasən, avtomobili idarə edən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduqda onu 3 ildən 5 ilədək həbs, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək, eyni əməllər iki və daha artıq zərərçəkmiş şəxslərin ölümünə səbəb olduqda isə 7 ildən 12 ilədək həbs gözləyəcək.

Eyni zamanda cinayət törətmiş şəxs cinayətin motivindən asılı olaraq bütün hallarda uzun müddətə avtomobili idarəetmə hüququndan da məhrum ediləcək.(apa)




Teqlər:  





Xəbər lenti