Gediş haqqı yerinə zəncəfilli pryanik -AKSİYA

Gediş haqqı yerinə zəncəfilli pryanik -AKSİYA
  17 Dekabr 2013    Oxunub:1209
Finlandiyada avtobusda gediş haqqını zəncəfilli pryaniklə ödəmək mümkün olacaq.
AzVision.az xəbər verir ki, Finlandiyanın “Yle” xəbərlər teleradio şirkətinin məlumatına görə, Milad bayramı ərəfəsində Finlandiya sakinləri ölkənin nəqliyyat şirkətlərindən birinin avtobuslarına biletin haqqını zəncəfilli pryaniklə ödəyəcəklər. Tədbirin şərtlərinə görə, şirkətin əməkdaşları yalnız o zəncəfilli pryanikləri qəbul edəcəklər ki, onların üzərində gediş-gəliş məntəqəsi əks etdirilmiş olsun. Bundan başqa, pryaniklər dadlı olmalı və ev şəraitində hazırlanmalıdır.

Aksiyadakı biletlərin sayı məhdud olacaqdır: yalnız 500 nəfər pryanik verib şirkətin avtobuslarına minə biləcəkdir.


Teqlər:





Xəbər lenti