Nazirlik təlimlərə başladı

Nazirlik  təlimlərə başladı
  13 Mart 2013    Oxunub:1856
Bakıda FHN-nin qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki təlim keçirilir.
Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki "Xəzər-2013" təlimi keçirilir.

Təlim yer, hava və dəniz üzrə keçirilir.

Təlimlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi və bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri izləyirlər.

Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunur. Həmçinin Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar qonaqlara nümayiş etdirilir.(trend)


Teqlər:  





Xəbər lenti