Bayramqabağı qiymətlər niyə bahalaşır? - AKTUAL

Bayramqabağı qiymətlər niyə bahalaşır? - AKTUAL
  17 Dekabr 2013    Oxunub:1288
Benzinin qiymətinin qalxmasından sonra bir sıra ərzaq məhsullarının qiymətində süni bahalaşma hiss olunur. Xüsusən də bayramqabağı paytaxt mağazalarında kənd təsərrüfatı məhsullarının, yumurtanın, yağın və digər qida məhsullarının qiyməti bir qədər baha satışa çıxarılır.

Bununla bağlı AzVision.az-a danışan iqtisadçı Qubad İbadoğlu hesab edir ki, yeni il qabağı qiymətlər süni şəkildə artırılır.

“Bu ərəfədə hesab edirəm ki, mövsümü amillər, hava şəraiti, qarşıdan gələn bayram ovqatı, daha çox xərcləmələr və Tarif Şurasının benzinin qiymətini qaldırması ilə bağlı qərarı bugünkü qiymət artımını şərtləndirən əsas amillərdir. Süni şəkildə artan qiymətlər isə gələcəkdə bu prosesin davamlı olmasından və bir çox ərzaq məhsullarını əhatə edəcəyindən xəbər verir”- deyə Q.İbadoğlu bildirib.

Qiymət artımının süni artırılması təəccüblü görünsə də, bu proses demək olar ki, hər il paytaxt Bakı və regionlarda bayram ərəfəsində müşahidə edilir. Bəzi oyunbazlar istehlakçılarının tələbatından sui-istifadə edərək qiymətləri ceyran belinə qaldırır, ucuz məhsullarını bayram adı ilə əhaliyə baha sırımağa çalışırlar.

İnsanlar arasında çaşqınlıq yaradan satıcıların spekuliyasiyasına rəsmi qurumlar isə biganə qalmayacaqlarını bildirirlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bununla bağlı araşdırma apararaq məlumat veriləcəyini qeyd edib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti