Miqrant alverinin gizli CƏBHƏSİ: AXCP necə maskalanıb? - Araşdırma

      Miqrant alverinin gizli CƏBHƏSİ:   AXCP necə maskalanıb? -  Araşdırma
  16 Dekabr 2019    Oxunub:9845
Artıq 2 həftədir gündəmdən düşməyən miqrant alveri məsələsində Arif Hacılının “yoxdur”, “verməmişəm” dediyi bir sənəd internetdə yayıldı. Sənədin yayılmasında jurnalist Yafəz Əkrəmoğlunun böyük rolu olub. Musavatçı journalist Arif Hacılının boğaza kimi çirkaba batdığını, onun Müsavatın axırına çıxacağını bildirib. Bu da jurnalistin əldə etdiyi saxta sənəd və alman hökumətinin qərarı.




Bu cür 50 sənədın verildiyi məlumdur. Bu yolla 300.000 avrodan çox pul әldә olunub. Bəs məlum olmayanlar nə qədərdir?

Bu, hələ təkcə Müsavatın miqrant alverinə aiddir. Halbuki, AXCP də bu işdə nəinki ondan geri qalmır, hətta daha da qabağa gedib. AXC-nin miqrant alveri Müsavatdakı kimi sadə prosedurlardan ibarət deyil. Olduqca qəliz və iz buraxmayan bir sistemlə işləyirlər. Öncə onların sistemilə tanış olaq.

Müxalif jurnalist, “Azadliq” qəzetinin yazarı Xaqani Əliyev müsahibəsində bununla bağlı deyir: - Mühacirətə getmək istəyən şəxsin ailəsi ilk növbədə həyat yoldaşının və ya oğlunun itməsilə bağli polisə müraciət edir. Axtarışla bağlı sənəd alır. Sənədi aldıqdan sonra isə viza və bilet alınır. Daha sonra Prezidentə onun incidilməsilə bağlı müraciət məktubu yazır. 150 avroya səhiyyə nazirliyinin saxta möhürü ilə kəllə-beyin travması alması haqda sənəd də əldə edirlər. Mitinqlərdə çəkilmiş şəkillər də əlavə olunur. Cavab gəlməmişdən artıq ölkəni tərk edir. Gedirlər Macarıstana və ya Çexiyaya.

Otel rezervasiyaları olsa da, oteldə qalmirlar. Onları 1000 avroya Berlindən, Düsseldorfdan gələn maşınla aparırlar Almaniyaya. 2 səhifəlik intervü verirlər ki, əzbərləsin. İntervüdə belə müddəalar olur ki, guya onlar müxalifət liderlərinə ən yaxın adamlardırlar. Hökumət guya bunları liderlə yaxınlıqlarına, siyasi baxışlarına görə təqib edir, incidirmiş. Miqrasiya xidmətini inandırmağa çalışmalıdırlar. Bu arada həmin intervünün videosunu çəkirlər. Daha sonra onlardan videolar çəkərək, hakimiyyət nümayəndələrini təhqir etmələrini tələb edirlər. Həmin videonu özlərində saxlayırlar. Alınmayanda, onları ora gətirənlərdən pullarını geri istədikdə isə miqrant alverçiləri onları şantaj edirlər ki, “sənin videonu göndərərik Azərbaycana”.

Ən dəhşətlisi odur ki, bu şəbəkə hətta azərbaycanlıları erməni kimi də qələmə verir. Məsələn, atası-anası azərbaycanlı olan Əliqismət adında biri valideynlərinin erməni olduğu, Azərbaycanda yaşaya bilməyəcəyi barədə intervü verib.

Bu işlərlə xaricdə yaşayan AXCP-çilər məşğul olurlar. Hətta miqrant alverində onların “fəal” adlandırdıqları şəxslər də var. Hələ 2016-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Avropa ölkələrinə qanunsuz miqrasiyanın təşkili və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağli cinayət işi başlanıb. İstintaq zamanı 11 nəfər təqsirləndirilib. Onlardan ikisi miqrantlar üçün saxta sənədlər hazırlamağa görə azadlıqdan məhrum edilmiş, digər 9 nəfər isə ölkə hüdudlarından kənarda olduqları üçün beynəlxalq axtarışa verilmişdi. Həmin 9 nəfərdən biri Əli Kərimlinin bacanağı Rauf Hüseynovdur. O, hazırda İsveçdə yaşayır. AXCP üzvü olan Rauf Hüseynov Nəsimi Rayon Polis İdarəsi və həmin idarənin 20-ci polis bölməsi adından saxta sənədlər tərtib etməkdə ittiham olunmuşdu.

Axtarışa verilmiş həmin 9 nəfərdən daha biri “Azadlıq” qəzeti və Qənimət Zahidin rəhbərlik etdiyi “Turan tv”-nin müxbiri, hazırda Niderlandda yaşayan Fikrət Hüseynovdur. O, qanunsuz miqrasiyanın təşkili məqsədilə AXCP-nin rəhbər şəxslərinin razılığı və icraçılığı ilə partiyanin rəsmi sənədlərini saxtalaşdırmaqla, xeyli miqdarda qanunsuz gəlir əldə edib.




Bu işlərlə məşğul olan şəxslərdən daha biri “facebook”da “Azad söz” səhifəsini idarə edən Tural Sadıqlıdır. İstintaq materiallarına görə, Tural Sadıqlı Almaniyada yaşamaq üçün ora köçmüş Xəqani Xəlilova oturum icazəsi almaq üçün saxta sənədlər düzəltməyi vəd edərək, bunun müqabilində pul alıb.



Xəqani Xəlilov istintaqa verdiyi ifadəsində deyir: “2016-ci ilin aprel ayının axırlarında Nürnberq şəhərində Azərbaycan əsilli Tural Sadıqov ilə qarşılaşdım. Tural uzun müddət Almaniyada yaşadığından, mən ondan burada mənim üçün oturum icazəsi almaqda kömək göstərməyini xahiş etdim. Tural bu işdə kömək edə biləcəyini deyərək, söylədi ki, bunun üçün Azərbaycanda siyasi fəaliyyətinə görə təqiblərə məruz qalmağım haqqında sənədlər lazımdır və bunu 800 avroya düzəldə bilər. Mən razılaşdım, lakin bildirdim ki, bu pulu birdəfəlik verə bilməyəcəyəm, əlimə düşdükcə, hissə-hissə ödəyərəm. Bir qədər sonra, təxminən 2016-ci ilin iyun ayında Tural mənə guya müsavat partiyasının keçirdiyi mitinqdə iştirak etdiyimə görə həbs olunmağım barədə möhürlənmiş qərar və guya istintaqa çağırış vərəqəsi verdi...”

Daha sonra ifadədən məlum olur ki, Xəqani Xəlilov Tural Sadıqlıya hissə-hissə 700 avro pul ödəsə də, sonda oturum ala bilməyib. Buna görə də, pulunu geri tələb edib...



Digər dələduz isə AXCP gənclər komitəsinin fəalı Türkel Azərtürkdür. “Turan tv” adındakı youtube kanalının aparıcısı Türkel haqqında qoyun, özü danışsın.



Azvision.az


Teqlər: Miqrant  





Xəbər lenti