Təmsilçimiz “Türkvizyon”-un finalında - VİDEO
Azərbaycanlı bəstəkar Gövhər Həsənzadənin də üzvü olduğu münsiflər heyətinin qərarına görə, 12 ölkənin, o cümlədən Azərbaycanın təmsilçisi Fərid Həsənov dekabrın 21-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz bəstəkar Gövhər Həsənzadənin “Yaşa” mahnısını ifa edib.
Finala çıxan digər ifaçılar Ukrayna, Qazaxıstan, Türkiyə, Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Tatarıstan, Qırğızıstan, Şimali Kipr, Rusiya Federasiyasının Altay muxtariyyəti və Kosovo təmsilçiləri olublar.
Azərbaycanın yarışmada ifa etdiyi mahnını təqdim edirik: