Əfsanə qayıtdı - FOTOLAR

Əfsanə qayıtdı - FOTOLAR
  21 Dekabr 2013    Oxunub:1619
`Volkswagen Kombi` əfsanəsi geri qayıtdı.
`Volkswagen` həvəskarlarına vəda jesti olaraq 63 il bundan qabaq əfsanəyə çevrilən Kombi markasının az sayda istehsalına başlayıb.

63 il əvvəl daha çox hippilərin və sörfçülərin seçimi olan maşın daha sonra uzun yol sevənlərin birmənalı seçiminə çevrilir. Maşının özünəməxsus romantikasından və ya rahatlığından irəli gəldiyini bilmirik, amma `Volkswagen Kombi` o qədər məşhurlaşır ki, artıq dünyanın bir çox yerində istehsal olunmağa başlayır. Bu dəfə isə `Volkswagen` Kombi son səfərindədir.

Şirkətdən bildirirlər ki, 43 min dollardan satışa çıxacak məhdud sayda olan bu son istehsal `Volkswagen` sevənlər tərəfindən böyük tələbatda olacaq. `Volkswagen` Kombi-nin son istehsalı elə maşını sevənlərin tələbi üçün nəzərdə tutulub.

Alman şirkətində 63 əvvəlki bu maşından sadəcə 1200 ədəd istehsal olunacaq.

AzVision.az keçən əsrin belə demək olarsa şedevrləri sırasına gələn maşının müxtəlif şəkillərini təqdim edir. Ola bilər maşının vizual dəyişikliyə hazır olması, bu dərəcədə sevilməsinin səbəblərindən biridir. Belə ki, `Volkswagen` Kombi çox bəzək götürən maşındır və bu da onun fərqli cəhətlərindən yalnız biridir.

Qalereya




Teqlər:  





Xəbər lenti