Bu gündən QIŞ girir

Bu gündən QIŞ girir
  21 Dekabr 2013    Oxunub:7353
Bu gündən etibarən qış fəsli başlayır. Bu gün 22:11-dən etibarən Yer Qış günəş duruşu nöqtəsindən keçəcək və bununla da qış fəslimə keçiləcək.

Qış günəş duruşu 20-23 dekabr tarixlərinə təsadüf edəcək. Xalq təqviminə görə isə bu tarixdən böyük çillə başlayır və 40 gün davam edir.

Daha sonra onu 20 gün davam edəcək kiçik çillə əvəz edir. Sonrakı 30 gün isə Boz ay adlanır. Yəni, dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. Boz ay 30 gün çəkir. 90 gün bitdikdən sonra 21 mart Yeni gün ya da İlbaşı bayramı (Novruz) bayramı daxil olur.

AzVision.az


Teqlər:  





Xəbər lenti