“Bakıya qayıdıram, amma yaxşı deyiləm” – Rafiq Hüseynov

“Bakıya qayıdıram, amma yaxşı deyiləm” – Rafiq Hüseynov
  21 Dekabr 2013    Oxunub:1590
Bir müddət əvvəl Türkiyədə əməliyyat olunan tanınmış teleaparıcı Rafiq Hüseynov hazırda Bakıya qayıdır. Bu barədə AzVision.az-a aparıcı özü məlumat verib:

“Hazırda İstanbuldayam, indilərdə Bakıya yola düşəcəm. Özümü o qədər də yaxşı hiss etmirəm. Danışa bilmirəm”.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti