Pasportlara verəcəyimiz dövlət rüsumu dəyişdirilir

Pasportlara verəcəyimiz  dövlət rüsumu dəyişdirilir
  14 Mart 2013    Oxunub:1466
"Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklik müzakirə olunacaq.
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumlarına dəyişiklik müzakirəyə çıxarılır.

Azərbaycan Milli Məclisində "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklik parlamentin İqtisadi siyasət komitəsinin cümə axşamı keçirilən iclasına çıxarılır.

Dəyişikliyə görə, ümumvətəndaş pasportlarının on iş günü müddətində verildikdə və ya dəyişidirildikdə, Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətinə verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 10 manat, 1-3 yaşınadək - 20 manat, 3-18 - 30 manat, 18 yaşına çatmışlara 40 manat məzərdə tutulur.

Qanuna təklif olunan dəyişikliyı görə, ümumvətəndaş pasportlarının beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 20 manat, 1-3 yaşınadək - 40 manat, 3-18 - 60 manat, 18 yaşına çatmışlara 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 1 yaşınadək uşaqlara 40 manat, 1-3 yaşınadək - 80 manat, 3-18 - 120 manat, 18 yaşına çatmışlara 160 manat müəyyən olunur.(trend)




Teqlər:  





Xəbər lenti