2013-cü ilin ən çox qazanan şəxsləri - SİYAHI

2013-cü ilin ən çox qazanan şəxsləri - SİYAHI
  24 Dekabr 2013    Oxunub:1356
Amerikalı investor Uorren Baffet 2013-cü ildə ən çox gəlir əldə edən milyarderlərin siyahısına başçılıq edir. İsveçrənin UBS və Wealth-X beynəlxalq analitik kompaniyasının təqdim etdiyi hesabatda göstərilir ki, “Berkshire Hataway” investisiya holdinqinin rəhbəri, 83 yaşlı Baffet cari il ərzində 12,7 milyard dollar gəlir əldə edib.
Bu ilin yanvarında fenomenal hissiyyata və dəqiq iqtisadi proqnoz qabiliyyətinə malik olan Baffetin sərvəti 46,4 milyard dollar, dekabrda isə 59,1 milyard dollar olub. Beləliklə, Baffetin sərvəti gündə 27 milyon dollar artıb.

Sərvətini xeyli artırmasına rəğmən, “Omahalı müdrik” ləqəbli milyarder `dünyanın ən zəngin insanı` adını `Microsoft` kompaniyasının direktorlar şurasının sədri Bill Geytsə verib. Bu il Geyts sərvətini 11,5 milyard dollar artırıb.

İlin ən gəlirli milyarderləri “üçlüyü”nü 11,4 milyard dollar gəlir əldə edən amerikalı Şeldon Adelson qapadıb. Ardınca siyahıda dünyanın ən böyük onlayn-satış şirkəti “Amazon”un yaradıcısı və icraçı direktoru Cef Bezos (11,3 milyard dollar) və “Facebook”un yaradıcısı Mark Zukerberq (10,5 milyard dollar) gəlirlər.

İnternet axtarış sistemi Google-un yaradıcıları Sergey Brin və Larri Peyc müvafiq olaraq 7 və 8-ci yerləri paylaşırlar. İl ərzində onlar 9,3 milyard dollar gəlir əldə ediblər.

Amerikalılardan əlavə, cari ilin ən uğurlu biznesmenlərinin “onluğuna” Yaponiyanın ən böyük mobil operatorlarından olan “Softbank”-ın prezidenti Masayoşi Son və Çinin ən varlı milyarderlərindən Lui Çe Vu da yerləşiblər. Müavfiq olaraq 10,3 milyard və 8,3 milyard dollar qazanmaqla 6 və 9-cu pillələrə sahibləniblər. “Onluğu” 7,2 milyard dollar qazanan amerikalı investor Karl Aykan qapadır.

Ümumilikdə, dünyada 2170 milyarderin olduğu ehtimal olunur. Onların sərvətlərinin cəmi 6,5 trilyon dollar təşkil edir.

Vüqar


Teqlər:  





Xəbər lenti