Ebru Gündəş canlı efirdə ağladı - VİDEO

Ebru Gündəş canlı efirdə ağladı - VİDEO
  25 Dekabr 2013    Oxunub:1537
Türkiyədə fəaliyyət göstərən "Star TV"-nin efirində yayınlanan "O səs Türkiyə" musiqi yarışmasının münsiflər heyətinin üzvü olan sənətçi Ebru Gündəş canlı efirdə hisslərini cilovlaya bilməyərək ağlayıb. Ebru Gündəşin verilişdə bundan sonrakı fəaliyyəti hamıya maraqlı idi.

Aparıcı Acun İlicalının açıqlama vermək üçün söz haqqı verdiyi sənətçi əri Rza Zərrabı çox sevdiyini, sevərək evləndiklərini bildirib. Daha sonra qaranlıq bir dönəm yaşadıqlarını, bunu da arxada qoyacaqlarını deyib.

Bundan əvvəl ağır xəstəlik keçirdiyini bildirən sənətçi tezliklə toparlandığını, bu dəfə də ağır günləri arxada qoya biləcəklərinə inandığını bildirib. Ebru Gündəş ağlayaraq vəziyyətin sonunu gözlədiyini bildirib. Xanım müğənni az yaşlı uşağına görə, onların əziyyət çəkməmələrini arzu edib: “İndi sizinlə burdayam, amma, ürəyim ordadır” deyə o, narahatlığını dilə gətirib.

Hər zaman şən ab- havada keçən veriliş müğənninin danışığı ilə sükut meydanına çevrilib.

Salona toplaşanlar Ebru Gündəşi alqışlayıblar. Sənətçi bu səhnədən təsirlənərək göz yaşlarını tuta bilməib.

Verilişin aparıcısı Acun İlicalı “O səs Türkiyə” verilişinin kollektivi olaraq hər zaman onun yanında olacağını bildirib.

Ölkəmizdə də maraqla baxılan “O səs Türkiyə” verilişi bundan sonra Ebru Gündəşin iştrakının mümkün olmadığını nəzərə alaraq verilişin qalibinin seçilmə prosesində qaydalara dəyişiklik edilib. Belə ki, artıq qalibi juri heyyəti yox, insanların `sms`i müəyyən edəcək.




Teqlər:  





Xəbər lenti