Arıqlamağa mane olan 10 SƏHV

Arıqlamağa mane olan 10 SƏHV
  25 Dekabr 2013    Oxunub:12519
Mütəmadi olaraq pəhriz saxladığınız halda arıqlaya bilməməyin bəzi səbəbləri var. Bu, pəhrizdə yol verilən səhvlərlə bağlıdır. Pəhriz saxlayanda nəyə diqqət etmək lazımdır?

Avision.az arıqlamağa mane olan 10 səhvi təqdim edir.

Bir həftədə 10 kilo arıqlamağınızı vəd edən və menyusunda yalnız qreyfurt və kələm olan pəhrizləri unudun.

Yemək yemədiyinizə görə arıqlayırmış kimi görünsəniz də əslində həzm sistemi bir neçə kalori ilə də işləyir. Pəhriz bitəndə əvvəlkindən daha qısa müddətdə itirdiyiniz çəki bərpa olunur.

İkinci yalnış səhər yeməyi yeməməkdir. Bu da kalori almamaq üçün cəhd kimi görünür, amma buna görə gün ərzində özünüzü ac hiss edirsiz. Bu da gün ərzində kalorili qida qəbul etməyinizə səbəb olur.

Halbuki yaxşı hazırlanmış səhər yeməyi gün ərzində ac qalmağınızın qarşısını ala bilər.

Araşdırmalar sübut edir ki, səhər yeməyi yeyənlər digərləri ilə müqayisədə daha sağlamdır. Çəki itirməyə mane olan digər səbəb isə səhər, günorta və axşam yeməkləri arasında yediklərinizdir.

Stolun üstündəki bir dilim keks, dondurma və s. bu kimi şeylər çəkini artırır. Qidalanmaya bütövlükdə nəzarət etmək lazımdır.

Qida rasionunda çərəzlərə çox yer vermək də kökəlməyə səbəb olur. Belə ki, əhəmiyyət vermədən yeyilən cips və onun kimi qızardılmış çərəzlər bel nahiyəsinin qalınlaşmağına səbəb olur. Bu qəbildən olan qidaların əvəzində fındıq, badam, qız kimi çərəzlərə üstünlük vermək məsləhətdir, çünki bu, həzm sisteminə də yaxşı təsir edir. Həddindən artıq az yağı olan yeməklər də sizin kökəlməyinizə kömək edir.

Az yağlı yemək az kalorili yemək demək deyil. Ən yaxşısı yediyiniz yeməklərin yağının, kalorisinin və şəkərin miqdarınıa nəzarət etməkdir.
Bəziləri çox az su içməyin arıqlamağa kömək etdiyini düşünsələr də yanılırlar. Bu, ən çox yol verilən ən sadə pəhriz səhvidir. Su kalorini yandırmaq üçün vacibdir. Çünki bədəndə suyun miqdarı azalanda həzm sistemi fəaliyyət göstərmir və daha gec arıqlayırsız. Ona görə də hər yeməkdən sonra mütləq su için.

Süd məhsullarından imtina etmək də pəhrizdə yol verilən növbəti səhvdir. Süd, pendir, dondurma, qatıq pəhriz saxlayan adam üçün xeyirlidir. Bəzi araşdırmaların nəticələrinə görə bədən kifayət qədər kalsium qəbul etməyəndə yağ toplamağa başlayır.

Nəqliyyat vasitəsində qida qəbul etmək də çəkini azaltmağa mane olan amildir. Əgər nəqliyyat vasitəsində yeməyə məcbursuzsa onda salat yemək məsləhətdir. Ümumiyyətlə isə hansısa nqəliyyat vasitəsində yemək yemək məsləhət görülmür.

Çəkinizi hər gün ölçməyin. Bu, sizin arıqlamaq ümidinizin itməyinə səbəb olur. Yaxşısı budur ki, həftədə bir dəfə və ya uzun müddətli pəhrizdən sonra çəkinizi ölçəsiniz. Tərəzidə əvvəlkindən daha az çəkiniz olduğunu görəndə özünüzü daha xoşbəxt hiss edəcəksiz.
İdman etməmək çəkinizi artırmağı asanlaşdırır. Əgər idman etsəniz sevdiyiniz qidaları daha çox yeməyinizə və eyni zamanda çəkinizin azalmağına kömək edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti