Elçinin “Şekspir”I İstanbulda anşlaqla keçdi

Elçinin “Şekspir”I İstanbulda anşlaqla keçdi
  27 Dekabr 2013    Oxunub:1407
İstanbulda Xalq Yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşasının premyerası anşlaqla keçdi.
AzVision.az xəbər verir ki, Xalq yazıçısı Elçinin Türkiyənin mədəni həyatında mühüm hadisə olan “Ulduzlar altında ölüm” (Qatil) əsərinin tamaşası, “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin – “Şekspir”in tamaşası qardaş ölkədə böyük əks-səda doğurub. İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Üsküdardakı Kərəm Yılmazer səhnəsində anşlaqla keçən premyerada Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları olublar.

Qeyd edək ki, İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası gələn il yanvarın 22-26-da Ümraniye səhnəsində də göstəriləcək. Tamaşanın aprel-may aylarında Bakıda da göstərilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti