Siqareti ən çox kasıblar çəkir - MARAQLI

Siqareti ən çox kasıblar çəkir - MARAQLI
  27 Dekabr 2013    Oxunub:3579
Amerika alimlərinin apardıqları yeni araşdırmanın nəticələrinə görə, siqaret çəkmək vərdişi kasıb ailələrdə böyüyən uşaqlarda varlı yaşıdlarına nisbətən daha çox müşahidə olunur.
Varlı ailələrdə böyüyən uşaqlar başqa sahədə “fərqləniblər”. Onlar daha çox içki içir və yüngül narkotiklərdən istifadə edirlər.

Dyuk Universitetinin alimləri bildirilər ki, kasıb ailələrdən olan uşaqlar daha tez siqaret çəkməyə başlayırlar. Tədqiqat müəllifləri 1986-cı ildən 2009-cu ilə qədər 1285 uşağı izləyiblər. Aydın olub ki, ağır sosial şəraitdə böyüyən yeniyetmə və gənclər uşaqlıqda heç bir ehtiyac görməyən həmyaşıdlarından daha tez nikotin asılılığının girovuna çevrilirdilər.

Lakin, ümumilikdə, valideyn tərbiyəsinin də burda böyük rolu var. Valideynlərin sağlam həyat tərzini uşaqlara nümunə göstərdikləri ailələrdə uşaqların müxtəlif zərərli vərdişlərdən asılılıq hallarına daha az rast gəlinib. Əldə edilən nəticələr gənclərin zərərli vərdişlərə nə səbəbdən müraciət etdiklərini ortaya qoyur.

Statistikaya görə, aztəminatlı insanlar onlardan sosial-iqtisadi baxımdan daha üstün pillədə yerləşən şəxslərdən daha tez ölürlər. Varlı insanlar daha yaxşı qidalanmaq, fiziki hərəkətlərlə məşğul olmaq və daha keyfiyyətli tibbi xidmət almaq imkanına malikdirlər. Kasıblıq içində keçən uşaqlıq və bundan bağlı keçirilən stress insanın gələcək həyatına dağıdıcı təsir göstərir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti